Bu, nümunə hesabatdır. Bağça və rəqəmlər uydurmadır, real bağçaya aid deyil. Məqsəd hesabatın quruluşunu göstərməkdir.
DİAQNOSTİKA HESABATI
NÜMUNƏ BAĞÇA
Uşaq bağçası · 6 qrup · 72 yer · Nümunə məlumatlar
- Hazırladı
- Kənan Zərbiyev
- Hesabatın növü
- Detallı diaqnostika
- Qiymətləndirmə
- 8 istiqamət, 1–10
- Məlumat mənbəyi
- Sənədlər, rəqəmlər, sahib ilə söhbət
İCMAL
- 75%
Doluluq
54 uşaq ÷ 72 yer
- 18
Boş yer
Aylıq itirilən gəlir: 8 100 AZN
- 9%
Müraciətdən qeydiyyata
11 ÷ 120 (son 3 ay)
- 4,4 / 10
Ümumi bal
8 istiqamətin ortası
Ən vacib tapıntı
Problem müraciət azlığında deyil. Ayda orta 40 müraciət gəlir, amma 100 müraciətdən yalnız 9-u qeydiyyata çevrilir. Ən böyük itki ilk kontaktdadır: müraciətlərin 65%-i baxışa gəlmir.
Necə oxunmalıdır
Hesabat üç sualı ardıcıl cavablandırır: nə baş verir (rəqəmlər), niyə baş verir (kök səbəb), nə edilməlidir (prioritet və 90 gün). Rəqəmin mənbəyi hər cədvəldə göstərilib. Sahibin təxmini söylədiyi rəqəmlər ayrıca işarələnib.
8 İSTİQAMƏT ÜZRƏ BAL
| # | İstiqamət | Bal | Əsas müşahidə |
|---|---|---|---|
| 1 | İdarəetmə sistemi | 4 | Əsas qərarlar sahibdən keçir. Sahib olmayanda cavabsız qalan 6 məsələ siyahılanıb. |
| 2 | Komanda strukturu | 5 | Son 12 ayda 12 müəllimdən 4-ü gedib. İşə qəbulda sınaq dərsi və meyar yoxdur. |
| 3 | Maliyyə modeli və qiymət | 6 | Qiymət rəqibə baxılaraq müəyyən edilib. Uşağın aylıq maya dəyəri hesablanmayıb. |
| 4 | Satış sistemi | 3 | Müraciətlərin 35%-i baxışa gəlir, baxışa gələnlərin 26%-i qeydiyyatdan keçir. Cavab skripti yoxdur. |
| 5 | Əməliyyat prosedurları | 5 | Gündəlik rejim və təhvil-təslim yazılıdır. Fövqəladə hal planı yoxdur. |
| 6 | Marketinq və brend | 4 | Bağça qonşu bağçadan nə ilə fərqləndiyini bir cümlə ilə deyə bilmir. |
| 7 | Valideyn təcrübəsi və retensiya | 6 | Son 12 ayda 9 uşaq ili bitirmədən çıxıb. Çıxış səbəbləri soruşulmur. |
| 8 | KPI və hesabatlıq | 2 | Aylıq hesabat yoxdur. Rəqəmlər sahibin yaddaşındadır. |
| Ümumi | 4,4 | 8 istiqamətin ortası |
RƏQƏMLƏR
Hər rəqəmin mənbəyi və hesablanma üsulu göstərilib. Sahibin təxmini dediyi rəqəmlər "Təxmini" ilə işarələnib.
| # | Göstərici | Nəticə | Hesablama | Mənbə | Vəziyyət |
|---|---|---|---|---|---|
| 1 | Müraciət (son 3 ay) | 120 | = müraciət jurnalı | Sənəd | — |
| 2 | Baxışa gələn | 42 | = baxış qeydləri | Sənəd | — |
| 3 | Qeydiyyatdan keçən | 11 | = qeydiyyat siyahısı | Sənəd | — |
| 4 | Müraciət → baxış | 35% | = 42 ÷ 120 | Hesablanıb | Zəif |
| 5 | Baxış → qeydiyyat | 26% | = 11 ÷ 42 | Hesablanıb | Zəif |
| 6 | Müraciət → qeydiyyat | 9% | = 11 ÷ 120 | Hesablanıb | Zəif |
| 7 | İlk cavab müddəti | 5 saat | = sahibin dediyi orta | Təxmini | Zəif |
| 8 | Müəllim dövriyyəsi (12 ay) | 33% | = 4 ÷ 12 | Hesablanıb | Orta |
| 9 | Çıxan uşaq (12 ay) | 9 | = çıxış siyahısı | Sənəd | — |
| 10 | Çıxış faizi | 17% | = 9 ÷ 54 | Hesablanıb | Orta |
| 11 | Doluluq | 75% | = 54 ÷ 72 | Hesablanıb | Orta |
| 12 | Boş yerin aylıq dəyəri | 8 100 AZN | = 18 × 450 AZN | Hesablanıb | Zəif |
- Müraciət
- Keçid: 35%
- Baxış
- Keçid: 26%
- Qeydiyyat
KÖK SƏBƏB
- KÖK 1
İlk cavab gecikir və strukturu yoxdur.
Müraciətlərin 65%-i baxışa gəlmir. İlk cavab orta 5 saat çəkir. Cavab skripti yoxdur, mesajda qiymətdən başqa heç nə olmur.
- KÖK 2
Baxış qərar verdirmir.
Baxışa gələnlərin 74%-i qeydiyyatdan keçmir. Baxışın marşrutu yoxdur, iddialara sübut göstərilmir, qiymət ayaq üstə deyilir.
- KÖK 3
Sahib olmayanda sistem dayanır.
Qərarlar sahibdən keçir. Müraciətlərə kimin cavab verəcəyi bilinmir, cavab gecikməsinin əsas səbəbi budur.
- KÖK 4
Ölçmə yoxdur.
Aylıq hesabat olmadığı üçün problemin harada olduğu 3 ay ərzində görünməyib.
PRİORİTET XƏRİTƏSİ
Hər şeyi birdən düzəltmək lazım deyil. Ən çox təsir edən və az əmək tələb edən addımlardan başlanır.
| # | Addım | Təsir | Əmək | Nə vaxt | Məsul |
|---|---|---|---|---|---|
| 1 | İlk cavab skripti və 15 dəqiqəlik cavab qaydası | Çox yüksək | Aşağı | 1-ci həftə | Administrator |
| 2 | Müraciətə cavab verən şəxsin və növbənin təyini | Yüksək | Aşağı | 1-ci həftə | Sahib |
| 3 | Baxış marşrutu və sübutlar siyahısı | Yüksək | Orta | 2-ci həftə | Sahib |
| 4 | Qiymət sualına cavab skripti | Yüksək | Aşağı | 2-ci həftə | Administrator |
| 5 | Müraciət jurnalı (hər müraciət bir cədvəldə) | Yüksək | Aşağı | 2-ci həftə | Administrator |
| 6 | Müəllim işə qəbulunda sınaq dərsi və meyarlar | Orta | Orta | 5-ci həftə | Sahib |
| 7 | Aylıq KPI hesabatı | Yüksək | Aşağı | 4-cü həftə | Sahib |
İLK 90 GÜN
| Addım | H1 | H2 | H3 | H4 | H5 | H6 | H7 | H8 | H9 | H10 | H11 | H12 | H13 |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 1İlk cavab skripti və 15 dəqiqəlik cavab qaydası | Dolu | Dolu | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş |
| 2Cavab verən şəxsin və növbənin təyini | Dolu | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş |
| 3Baxış marşrutu və sübutlar siyahısı | Boş | Dolu | Dolu | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş |
| 4Qiymət sualına cavab skripti | Boş | Dolu | Dolu | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş |
| 5Müraciət jurnalı | Boş | Dolu | Dolu | Dolu | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş | Boş |
| 6Müəllim işə qəbulunda sınaq dərsi və meyarlar | Boş | Boş | Boş | Boş | Dolu | Dolu | Dolu | Dolu | Boş | Boş | Boş | Boş | Boş |
| 7Aylıq KPI hesabatı | Boş | Boş | Boş | Dolu | Dolu | Dolu | Dolu | Dolu | Dolu | Dolu | Dolu | Dolu | Dolu |
| Mərhələ | Gün 30 | Gün 60 | Gün 90 |
Gün 1–30 · Düzəlt
Cavab sistemi, baxış marşrutu, müraciət jurnalı, ilk KPI hesabatı.
Gün 31–60 · Sabitləşdir
Skriptlər komandaya öyrədilir, hər həftə rəqəmlər oxunur, zəif yer yenidən düzəldilir.
Gün 61–90 · Yenidən ölç
Eyni rəqəmlər yenidən ölçülür, 90 gün əvvəlki nəticə ilə müqayisə olunur.
Uğur bunlarla ölçülür
Müraciət → baxış faizi, baxış → qeydiyyat faizi və ilk cavab müddəti. 90 gündən sonra eyni rəqəmlər yenidən ölçülür. Bəyənmə və izləyici sayı uğur göstəricisi deyil.
Bu hesabatın həddi
Rəqəmlərin bir hissəsi sənədlərdən götürülüb, bir hissəsi sahibin sözüdür və "Təxmini" ilə işarələnib. Təxmini rəqəmlər sənəd ilə təsdiqlənənə qədər nəticələr ilkin hesab olunur.
Bu, nümunədir. Sizin bağçanın hesabatı sizin rəqəmlərinizlə hazırlanır.
BAĞÇANDA NEÇƏ BOŞ YER VAR?
Ödənişsiz ilkin diaqnostika ilə harada itirdiyini birlikdə tapaq.