MƏXFİLİK SİYASƏTİ
Son yenilənmə: 11 noyabr 2026
Bu siyasət kenanzarbiyev.com saytında və Kənan Zərbiyevin özəl bağçalara göstərdiyi konsaltinq xidmətlərində şəxsi məlumatların necə toplandığını, istifadə edildiyini və qorunduğunu izah edir.
1. Məlumatlara cavabdeh şəxs
Kənan Zərbiyev, Bakı, Azərbaycan.
E-poçt: elaqe@kenanzarbiyev.com · WhatsApp: +994 51 571 00 62
2. Hansı məlumatları toplayırıq
- Yazışmalar. WhatsApp, Instagram və ya e-poçt ilə yazdıqda adın, əlaqə məlumatların və mesajların.
- Meta hesablarının məlumatları (yalnız müştərilər üçün). Xidmət razılaşması əsasında bağçanın Facebook səhifəsinə, Instagram hesabına və ya reklam hesabına giriş verdikdə: səhifə və hesab məlumatları, reklam kampaniyalarının göstəriciləri (göstərilmə, klik, xərc, müraciət sayı və s.), reklam formalarından gələn müraciətlər və dərc olunan kontent. Bu məlumatlar Meta-nın rəsmi API-ları vasitəsilə və yalnız verdiyin icazələr çərçivəsində alınır.
- Texniki məlumatlar. Sayt Cloudflare infrastrukturunda yerləşir. Təhlükəsizlik və saytın işləməsi üçün IP ünvanı, brauzer növü kimi texniki qeydləri Cloudflare emal edə bilər. Saytda reklam və ya izləmə məqsədli kukilər (cookies) istifadə olunmur. Bu dəyişərsə, siyasət yenilənəcək.
3. Məlumatlardan necə istifadə edirik
- Müraciətinə cavab vermək və diaqnostika zəngini təşkil etmək.
- Razılaşma əsasında xidməti göstərmək: reklamların idarə edilməsi və monitorinqi, aylıq hesabatların hazırlanması.
- Xidmətin keyfiyyətini yaxşılaşdırmaq.
Məlumatları satmırıq, icarəyə vermirik və reklam məqsədilə üçüncü şəxslərə ötürmürük.
4. Məlumatlar kimlərlə paylaşılır
Yalnız xidməti göstərmək üçün zəruri olan texniki tərəfdaşlarla: Meta Platforms (Facebook, Instagram, WhatsApp), Cloudflare (saytın yerləşdirilməsi) və avtomatlaşdırma üçün istifadə olunan server (n8n). Qanunla tələb olunduqda məlumat səlahiyyətli dövlət orqanlarına təqdim edilə bilər.
5. Saxlama müddəti
- Diaqnostika və yazışma məlumatları son əlaqədən etibarən 12 ay saxlanılır.
- Müştəri məlumatları, o cümlədən Meta hesablarından alınanlar, razılaşma qüvvədə olduğu müddətdə saxlanılır və razılaşma bitdikdən sonra 30 gün ərzində silinir.
- Qanunla saxlanılması tələb olunan sənədlər qanunun müəyyən etdiyi müddət bitənədək saxlanılır.
6. Təhlükəsizlik
Giriş açarları (token) və məlumatlar yalnız səlahiyyətli şəxslərin daxil ola bildiyi sistemlərdə saxlanılır. Meta hesablarına giriş xidmət üçün zəruri olan minimum icazələrlə istifadə olunur.
7. Hüquqların
Məlumatlarına baxmağı, düzəldilməsini və silinməsini tələb edə, verdiyin icazəni istənilən vaxt geri götürə bilərsən. Müraciət üçün elaqe@kenanzarbiyev.com ünvanına yaz. 30 gün ərzində cavab veririk. Silinmə qaydası Məlumatların silinməsi səhifəsindədir.
8. Dəyişikliklər
Siyasət dəyişərsə, yeni versiya yenilənmə tarixi ilə bu səhifədə dərc olunur.
English version
Last updated: 11 November 2026
This policy explains how personal data is collected, used and protected on kenanzarbiyev.com and in the consulting services Kənan Zərbiyev provides to private kindergartens.
1. Data controller
Kənan Zərbiyev, Baku, Azerbaijan.
Email: elaqe@kenanzarbiyev.com · WhatsApp: +994 51 571 00 62
2. Data we collect
- Messages. When you contact us via WhatsApp, Instagram or email: your name, contact details and messages.
- Meta account data (clients only). When, under a service agreement, you grant access to your kindergarten's Facebook Page, Instagram account or ad account: page and account information, ad campaign metrics (impressions, clicks, spend, number of leads, etc.), leads from lead ad forms and published content. This data is obtained only through Meta's official APIs and only within the permissions you grant.
- Technical data. The site runs on Cloudflare infrastructure. Cloudflare may process technical logs such as IP address and browser type for security and operation. The site does not use advertising or tracking cookies. If this changes, this policy will be updated.
3. How we use data
- To respond to your request and arrange the diagnostic call.
- To provide the agreed services: managing and monitoring ads, preparing monthly reports.
- To improve service quality.
We do not sell or rent personal data and do not share it with third parties for advertising.
4. Who we share data with
Only with technical providers needed to deliver the service: Meta Platforms (Facebook, Instagram, WhatsApp), Cloudflare (hosting) and the automation server we use (n8n). Data may be disclosed to competent authorities where required by law.
5. Retention
- Diagnostic and message data: 12 months from the last contact.
- Client data, including data obtained from Meta accounts: for the duration of the agreement, deleted within 30 days after it ends.
- Records that must be kept by law: for the period the law requires.
6. Security
Access tokens and data are stored only in systems accessible to authorised persons. Access to Meta accounts uses the minimum permissions required for the service.
7. Your rights
You may request access to, correction or deletion of your data and withdraw any permission at any time by writing to elaqe@kenanzarbiyev.com. We respond within 30 days. Deletion instructions: Data deletion.
8. Changes
If this policy changes, the new version will be published on this page with its update date.